Sumqayıtda Azyaşlı Oğlan Polisdən Təzyiq Görüb

Sumqayıt şəhərində azyaşlı oğlan saç rənginə görə polisdən təzyiq görüb. Bu barədə Minority Azərbaycan xəbər verib.

Rəis deyib: “Mənə bakirə qızlar tap”

Adının anonim qalmasını istəyən 16 yaşlı gənc bildirib ki, hadisə 20 sentyabr saat 11.00 radələrində Sumqayıt şəhərində baş verib. O, saçını göy boya ilə rəngləməsi barədə video paylaşdıqdan sonra polislər onun evinə gəlib və Sumqayıt şəhər Baş Prokurorluğuna aparıb. 

Zərərçəkənin sözlərinə görə, onun yaşı az olduğu üçün o, prokurorluğun uşaq məsələləri ilə məşğul olan bölməsinə gətirilib və orada axşam saat 18.00-19.00 radələrinə qədər saxlanılıb. 

Polis onun telefonunu əlindən alıb və bütün mesajlarını oxuyub, fotolarını nəzərdən keçirib. Zərərçəkən bildirib ki, polis ona bu sözləri deyib: “Bunlar nədir? Sən də “bundansan?” Ölkəmiz sənin kimilərdən ötrü o qədər şəhid verib, heyif onlardan.”

Daha sonra rəis gələrək, zərərçəkənlə görüşüb. O, bildirib ki, rəis ondan 15-16 yaşında bakirəliyi pozulmayan qızlar “təşkil etməsini” istəyib və bunun müqabilində pul da təklif edib. Zərərçəkən razı olmadıqda isə, o, polis tərəfindən döyülüb və nəzarət otağında saxlanılıb.

O, buraxıldıqda isə telefonu geri alıb və bir çox şeylərin – WhatsApp mesajlarının, Instagram proqramının, bir sıra yazışma və fotoların silindiyini görüb.

Zərərçəkən baş verən hadisədən sonra intihar həddinə çatdığını və dostunun sayəsində sağ qaldığını, psixoloji vəziyyətinin ciddi sarsıldığını bildirib. O, məsələ ilə bağlı şikayət edəcəyini qeyd edib. 

LGBTİ+ haqları aktivisti Əli Məlikov bildirib ki, zərərçəkən artıq vəkillə təmin edilib. 

Mediada nifrət cinayəti xəbərlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

Nəfəs LGBTİ Azərbaycan Alyansının 4-cü dövr UDİ Azərbaycan 2023 İctimai Vəkillik Bəyanı

Bu ilin Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarının monitorinqi üzrə ən mötəbər mexanizmlərindən biri olan Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri qiymətləndirilməsi baş …

Read More →
Xəbərlər

İsveçrə səfirliyi Azərbaycanı EuroGames 2023-də təmsil olunmaqdan mərhum etdi

İsveçrənin Bern şəhəri Avropanın ən böyük LGBTIQ idman tədbirinə ev sahibliyi etməkdədir. EuroGames 2023 cinsi oriyentasiya və gender kimliyinin müxtəlifliyi qeyd edən Avropa qitəsi üzrə …

Read More →
İİV
Podkast

İİV pozitivlə pozitiv yaşayan kuirlər

Nəfəs LGBTİ Alyansı olaraq “Mübarizəmiz haqlıdır” şüarımızla başladığımız 2023 Qürur Həftəsi çərçivəsində hazırladığımız 2-ci podkastı sizə təqdim edirik. Könüllümüz Rzanın təqdimatında “İİV pozitivlə pozitiv yaşayan …

Read More →