Nərimanov parkında trans qadın bıçaqlanıb

Yerli trans icmasının verdiyi məlumata əsasən, sentyabr ayının 17-də Bakının Nərimanov parkında trans qadın 11 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə barəsində Minority Azərbaycan yazıb. LGBTİ+ aktivisti Əli Məlikov qadının meyitinin morqların birində olduğunu, lakin tapılmadığını bildirib.

“Mən bir müddət əvvəl Malakan parkında polis reydi olduğunu və transların tutulduğunu yazmışdım. İndi eşitdim ki, həmin tutulan şəxslərdən biri bu trans qadın olub və polis qadının saçını qırxıbmış,” – deyə Məlikov əlavə edib.

Hadisə ilə bağlı trans qadının qohumları Nərimanov rayon polis bölməsinə müraciət edib. Polisdən onlara qadının öldürülmədiyini, 39 və ya 18-ci polis bölməsinin onu 10 sutka inzibati qaydada həbs etdiyini bildiriblər. Lakin qohumlar həmin polis bölmələrinə axtarış üçün getdikdə isə polislər qadının burada olmadığını deyiblər.

“Qadın sadəcə yoxa çıxıb, nə polis bölməsindədir, nə də morqda,” – Əli Məlikov bildirib. Polis trans qadının öldürülmədiyini iddia edib. Trans qadının rəfiqələri isə anasına 11 bıçaq zərbəsi ilə qətlə yetirildiyini deyiblər. Hazırda qadının harada olmaası ilə bağlı heç bir məlumat əldə edilməyib. 

Qeyd edək ki, qətlə yetirilən trans qadının bir müddət əvvəl TikTok sosial şəbəkəsində videosu yayılıb. Videoda qadının sadəcə metroda gəzdiyi görülüb. “Sadəcə metroda gəzdiyi üçün videosunu TikToka qoymuşdular və yüzminlərlə insanın qarşısında hədəf göstərmişdilər,” – deyə Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib. 

Mediada nifrət cinayəti xəbərlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

qızlar oxusun
Xəbərlər

“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib. Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı …

Read More →
MİL Şəbəkəsi
Xəbərlər

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm …

Read More →
LGBTQİ+lərlə psixoloji konsultasiya
Nəşrlər

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

Müəllif: Əli Abbasov, psixoloq-konsultant Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə …

Read More →