Mediada Bi+ məsələlərinin işıqlandırılması

Bu gündən etibarən başlayan, #BiWeek kimi də tanınan Biseksual Fərqindəlik Həftəsi və ya Bi+ Fərqindəlik Həftəsi 20-26 sentyabr tarixlərində keçirilir. 

“Biseksuallar onların qətiyyətsiz və ya monoqamiya bacarmadıqlarına dair yanlış təsəvvürlərlə – heterolar, geylər və lezbiyanlar arasında mövcud olan stereotiplərlə əlləşmək istəmədikləri üçün kaminq-aut etməkdən çəkinirlər,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bildirib. “Çoxsaylı tədqiqatlar göstərir ki, biseksuallar gey, lezbiyan və ya heterolardan daha çox alkoqollu içki içir, özünə zərər verir və intihar düşüncələri ilə yaşayırlar – bu, yüksək səviyyədə olan azlıq stressinin göstəricisidir,” – o əlavə edib.

Media biseksualların üzləşdiyi reallıqları və icmanın müxtəlifliyini daha çox başa düşmək və biseksuallar haqqında ədalətli və dəqiq məlumat verməklə, biseksualların gündəlik qarşılaşdıqları bəzi yanlış təsəvvürləri və zərərli stereotipləri aradan qaldırmağa kömək edə bilər.

Biseksual, Bi, Bi+

Fiziki, romantik və/və ya emosional olaraq birdən çox genderdən olan insanlara cəlb edilmə potensialına malik olan bir şəxsi təsvir etmək üçün istifadə edilir. Bu hisslər mütləq şəkildə eyni zamanda, eyni formada və ya eyni dərəcədə olmaya bilər.

Biseksualdakı bi öz genderi ilə eyni və fərqli genderlərə istinad edilir. Biseksuallığın kişi və qadınlara cəlb olunmaq kimi yazmayın və ya bu barədə eyham vurmayın. Bu, sözün dəqiq tərifi deyil. Biseksual sözünü yazarkən defis istifadə etməyin.

İnsanlar həyatları boyu bu cazibəni müxtəlif yollarla və dərəcələrdə yaşaya bilərlər. 

Biseksualların biseksual olması və ya özlərini biseksual adlandırması üçün xüsusi seksual təcrübəyə malik olmalarına ehtiyac yoxdur. Bəzi insanlar icmanı təsvir etmək üçün biseksual və bi sözlərindən istifadə edirlər. Digərləri özlərini biseksual, panseksual, axışqan, kuir adlandıranları əhatə etmək üçün nəzərdə tutulmuş bi+ və birdən çox genderə cəlb olunma potensialına malik insanları təsvir edən digər sözlərdən istifadə edə bilər. Öz kimliklərini sorğulayan insanlarda olduğu kimi, insanlar eyni genderdən və digər genderlərdən olan insanlara cəlb edilib-edilmədiklərini axtarırlarsa, bimaraqlı olduqlarını söyləyə bilərlər.

İnsanları dəqiq müəyyənləşdirin. 

Əgər kimsə biseksual, bi və ya bi+ olduğunu açıq-aydın bildirirsə, onun əvəzinə onları gey, lezbiyan və ya hetero kimi qeyd etməyin. Sadəcə olaraq eyni genderdən və ya fərqli genderdən olan biri ilə münasibətdə olmaq insanın biseksual oriyentasiyasını inkar etmir. Biseksualların biseksual olması üçün xüsusi seksual və ya romantik təcrübələrə malik olmaları vacib deyil. 

Cütlükləri dəqiq müəyyənləşdirin.

Münasibətdə olan iki insan haqqında yazarkən, onların gey, lezbiyan və ya hetero cütlük olduğunu güman etməyin. Eynicinsli münasibətdə olan biseksual gey və ya lezbiyan deyil. Fərqli genderdən olan biri ilə münasibətdə olan biseksual hetero deyil. Cütlüklərdən necə qeyd olunmaq istədiklərini soruşun.

Biseksuallığın bir mərhələ və ya yalan olduğunu söyləməkdən çəkinin.

Biseksual olmağın bir mərhələ olduğunu və biseksualların gey və ya lezbiyan olmağa doğru bir “yolda olduqlarını” ifadə etməyin. Biseksuallar çaş-baş və qərarsız deyillər, yalan danışmırlar. Biseksuallıq eksperimental və ya keçid mərhələsi deyil, bariz bir seksual oriyentasiyadır.

Biseksuallığı nizamsız seksual əlaqələrlə əlaqələndirən stereotiplərdən çəkinin. 

Ümumi və qeyri-dəqiq stereotip ondan ibarətdir ki, bütün biseksuallar monoqam olmaq istəmirlər və ya ola bilməzlər. Bu, sadəcə olaraq, doğru deyil. Biseksuallar hetero, gey və lezbiyanlar kimi sadiq monoqam münasibətlər qurmağa qadirdirlər. Biseksualların başqalarına nisbətən daha çox “nizamsız seksual əlaqələrdə” olduqlarını ifadə etmək qeyri-dəqiq və zərərlidir. Bütün seksual oriyentasiyadan olan insanlar həyatlarının bir hissəsi və ya bütünü üçün monoqam ola bilər və ya fərqli münasibətlər – poliqam, poliamor və s. seçə bilərlər. Bu qərar insanın seksual oriyentasiyasından tamamilə asılı deyil.

Eşidə biləcəyiniz digər terminlər: İstənilən genderdən olan insanlara cəlb olunmaq qabiliyyətinə malik olan bəzi insanlar özlərini bi+ icmasının bir hissəsi hesab edə və/yaxud seksual kimliklərini təsvir etmək üçün başqa sözlər seçə bilərlər, məsələn: panseksual, poliseksual, omniseksual, axışqan, kuir və s. Bəzi insanlar bütün etiketlərdən uzaq durmağı üstün tuturlar. İnsanlardan özlərini necə təsvir etdiklərini soruşun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

Nəfəs LGBTİ Azərbaycan Alyansının 4-cü dövr UDİ Azərbaycan 2023 İctimai Vəkillik Bəyanı

Bu ilin Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarının monitorinqi üzrə ən mötəbər mexanizmlərindən biri olan Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri qiymətləndirilməsi baş …

Read More →
Xəbərlər

İsveçrə səfirliyi Azərbaycanı EuroGames 2023-də təmsil olunmaqdan mərhum etdi

İsveçrənin Bern şəhəri Avropanın ən böyük LGBTIQ idman tədbirinə ev sahibliyi etməkdədir. EuroGames 2023 cinsi oriyentasiya və gender kimliyinin müxtəlifliyi qeyd edən Avropa qitəsi üzrə …

Read More →
İİV
Podkast

İİV pozitivlə pozitiv yaşayan kuirlər

Nəfəs LGBTİ Alyansı olaraq “Mübarizəmiz haqlıdır” şüarımızla başladığımız 2023 Qürur Həftəsi çərçivəsində hazırladığımız 2-ci podkastı sizə təqdim edirik. Könüllümüz Rzanın təqdimatında “İİV pozitivlə pozitiv yaşayan …

Read More →