İranlı LGBTİ+ aktivisti ölümlə üz-üzə

İranlı LGBTİ+ aktivisti, Sare kimi tanınan Zəhra Sediqi Həmədani və Elham Çubdara Urmiyada yerləşən İran İnqilab Məhkəməsi tərəfindən homoseksuallığı təbliğ etmək ittihamı ilə edam cəzasına məhkum edilib.

2021-ci ilin oktyabrında Sare kimi tanınan LGBTİ+ hüquq müdafiəçisi Zəhra Sediqi Həmdani Türkiyədə sığınacaq almaq üçün İran sərhədini keçməyə çalışarkən İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həbs edilib. O, sərhədi qeyri-qanuni keçməkdə günahlandırılıb və BBC Farsi ilə müsahibədə iştirak etdiyinə və İraqın Ərbil şəhərində LGBTİ+lərin vəziyyəti haqqında danışdığına görə hədəfə alınıb.

55 beynəlxalq təşkilat “6rəng” ilə birlikdə iyulun 28-də iranlı LGBTİ+ hüquqları aktivisti Sareyə qarşı bütün ittihamların götürülməsini tələb edən bəyanat yayıb. 

İslam İnqilabı Keşikçiləri Korpusu verdiyi açıqlamada Sareni “homoseksuallığı, qumar oyunları, fırıldaqçılıq və qeyri-qanuni cinsi əlaqələri təbliğ etməkdə və internetdə yaymaqda” ittiham edib. Bununla belə, İİKK tərəfindən bu əsassız ittihamları əsaslandıracaq heç bir dəlil təqdim edilməyib və hesabatlar göstərir ki, Sareyə işgəncələr, o cümlədən təkadamlıq kameradan istifadə etməklə və onu iki uşağının qəyyumluğundan məhrum etmək hədəsi ilə etiraf etmək üçün təzyiq edilib.

İranlı aktivistlər Nəfəs LGBTİ Azərbaycan Alyansına bildiriblər ki, bu ittihamlar İranda cinayət mühakiməsi və ölüm hökmü ilə nəticələnə bilər. “6rəng” Sarenin İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ədalətsiz və qəddarcasına həbs edilməsini və “homoseksuallığı təbliğ etməklə yer üzündə korrupsiyanı yaymaq” ittihamlarını qəti şəkildə pisləyib

“Hamımıza aydındır ki, baş verənlər qanuni proses deyil, İslam Respublikasının boğucu atmosferində böyümüş bir çoxlarımıza tanış olan şounun təkrar nümayişidir. Sareh dərhal və qeyd-şərtsiz azad edilməlidir. Biz bütün hüquq müdafiə təşkilatlarından və mediadan Sarehin saxlanmasına məhəl qoymamalarını və onun azadlığı üçün çalışmalarını xahiş edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

qızlar oxusun
Xəbərlər

“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib. Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı …

Read More →
MİL Şəbəkəsi
Xəbərlər

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm …

Read More →
LGBTQİ+lərlə psixoloji konsultasiya
Nəşrlər

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

Müəllif: Əli Abbasov, psixoloq-konsultant Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə …

Read More →