Film Mozaikası | Heç Kəsi Arxada Qoyma

Skandinaviyadan Qafqaza qədər ayrı-seçkiliyə yol verməyən dizayn necə görünür? Filmlər bizə hər kəs üçün əlçatan şəhər məkanı yaratmağı öyrədə bilərmi?

CAFx Skandinaviyanın ən böyük memarlıq festivalıdır. 2014-cü ildən etibarən CAFx memarlıq dəyişikliklərinin həyatla kəsişdiyi yerlərə diqqət yetirir.

Kopenhagen Memarlıq Festivalı Gürcüstan, Azərbaycan və Danimarkada inklüziv və ayrı-seçkiliyə yol verməyən memarlıq və şəhər dizaynlarını sənədləşdirən Film Mozaikası: Heç Kimi Arxada Qoyma müsabiqəsindən seçilmiş 12 qısametrajlı filmin nümayişini həyata keçirəcək.

Festivalda Azərbaycandan Nəfəs LGBTİ Azərbaycan Alyansının daxilində fəaliyyət göstərən Kuir İncəsənət Festivalı çərçivəsində hazırlanmış üç film nümayiş olunacaq.

Kuir İncəsənət Festivalı bu ilin əvvəlindən başlayaraq seçilmiş 30 iştirakçıya “filmmaking” vörkşopları təşkil edib. Proqram müddətində iştirakçılar şəhər quruculuğunun marjinallaşdırılmış qruplara təsirini araşdırıb və 3 dəqiqəlik qısa filmlər hazırlayıblar.

Seçilmiş filmlər mühitimizə pərçimlənmiş bərabərsizlikləri ortaya qoyur və daha yaşıl, daha təhlükəsiz, daha sağlam və daha ədalətli və inklüziv şəhərlərlə nəticələnən həlləri ruhlandırır.

Nümayişlər müxtəlif mədəni kontekstlərdə qurulmuş, planlaşdırılan və böyüyən mühitdə inklüziv dizaynın nə demək olduğunu izah edən kinorejissorlarla söhbətlərlə müşayiət olunacaq.

Nəfəs LGBTİ Azərbaycan Alyansında Vahid Əliyev bildirib ki, Nəfəs LGBTİnin tərkibində faliyyət göstərən Kuir İncəsənət Festivalı Bakıda kiçik film nümayişi keçirməyi planlayıb. 

İLGA-Avropa Konfransı 2022 | Sofiya, Bolqarıstan

İLGA-Avropa konfransı 19-22 oktyabr 2022-ci il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada, 2020 konfransının planlaşdırıldığı şəhərdə baş tutacaq.

2022 İLGA-Avropa konfransının mövzusu: “Gələcək dünyanı formalaşdırmaq”.

“Biz tarixin elə bir anındayıq ki, dünya bir çox səviyyələrdə böyük dəyişikliklərdən keçir. İqlim dəyişikliyi, kütləvi miqrasiya, sağçı populist qüvvələrin yüksəlişi və rəqəmsal dünyanın istismarı ilə siyasət faktlardan daha çox diqqətlə qurulmuş hekayələrin formalaşmasına əsaslanaraq daha da qütbləşib və bölünüb. Bunun fonunda marjinal qrupların hüquqları, azadlığı və bərabərliyi üçün risklər yüksəkdir, Yaşadığımız dəyişikliyi iqtidarda olanlar formalaşdırır. Bu iqtidardan biri də insan hüquqları sahəsində müttəfiqləri ilə birlikdə hamı üçün daha yaxşı bir cəmiyyətin formalaşmasında əsas rol oynayan uzunmüddətli, yekdil, irəliyə doğru düşünən, mütəşəkkil və fəal LGBTİ+ hərəkatıdır,” – deyə İLGA-Avropanın vebsaytında qeyd edilib.

20-22 oktyabr 2022-ci il tarixlərində keçiriləcək növbəti Ümumi Yığıncaq (GM) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək İllik Konfransla birlikdə baş tutacaq. Ümumi Yığıncaqda Nəfəs LGBTİ Azərbaycan Alyansını LGBTİ+ hüquqları aktivisti Vahid Əliyev təmsil edəcək.

İLGA-Avropa

Nəfəs LGBTİ Azərbaycan Alyansı İLGA-Avropanın illik müqayisə aləti olan və Avropanın 49 ölkəsini LGBTİ+ bərabərliyi qanunları və siyasətləri üzrə sıralayan Göyqurşağı Xəritəsi və İnseksinin, eyni zamanda, Avropada və Mərkəzi Asiyada LGBTİ+lərin İnsan Hüquqları Vəziyyətinin İllik İcmalı sənədinin əsas töhfəverənlərindəndir.

Mediada LGBTİ+ məsələlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir. 

Dovşan Getmək Qərarına Gəlir | Sənədli-eksperimental Film

“Dovşan getmək qərarına gəlir” sənədli-eksperimental filmi beynəlxalq festivalda nümayiş olunub. Film Azərbaycanda trans qadınların ortaq təcrübələri və problemlərini əks etdirir. Bu barədə filmin rejissoru Vüsalə Hacıyeva Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib. 

Sentyabrın 28-də Norveçin Oslo/Fusion International Film Festivalında dünya premyerası baş tutan filmin rejissoru Vüsalə Hacıyeva, produseri isə Durna Səfərovadır. Nümayişdən sonra filmin yaradıcı heyəti ilə Azərbaycanda kuir vətəndaşların vəziyyəti barədə müzakirə təşkil edilib.

“Dovşan getmək qərarına gəlir”

“Mənim üçün öz hekayələrimizi danışmağımız və insanların bu hekayələri bizim perspektivimizdən eşitməsi vacibdir.”

“Dovşan getmək qərarına gəlir” sənədli-eksperimental filmi Vüsalənin yaşadığı təcrübələrdən bəhs edir. Film Vüsalənin yadında qalan ilk həyəcanlı uşaqlıq xatirəsi ilə başlayır: “İlk dəfə anamın qarderobunda olan paltarı evdə heç kimin olmadığı vaxt geyinmişdim, güzgünün qarşısında dayanıb oynayırdım. Yəqin ki, həmin günə qədər olan ən həyəcanlı anlardan biri idi bu mənim üçün.”

“Filmi çəkməkdə məqsədim ilk olaraq baş verənləri şəxsi zəmində özüm üçün analiz etmək və həyatımın tranzisiyadan sonrakı illərinə kənardan baxa bilmək istəyidir. Reprezentasiya olaraq bizim özümüzün öz hekayəmizi danışması və insanların bu hekayələri bizim dilimizdən eşitməsi mənim üçün vacibdir”, – Vüsalə qeyd edib.

“Ev həmişə komfort zonası olmur. Hərdən ev əsl cəhənnəmə çevrilə bilir. Əgər qaldığın məkan, doğma şəhərin və ətrafdakı hər şey sənə diskomfort yaradırsa və son damla olaraq həyatın fiziki təhlükədədirsə, yeganə alternativ qaçmaq olur. Məhz elə bu məni planlaşdırmadığım səyahətə – Tbilisiyə gətirdi. Yeni şəhərdə yeni həyata adaptasiya olmaq, özümlə gətirdiyim problemləri həll etmək və “sonra nə olacaq?” sualına cavab tapmalıyam”, – deyə filmin sinopsisində qeyd olunub.

Rejissorluq üzrə təhsil almış Vüsalə Hacıyeva həmçinin şairə və bloq yazarıdır. Azərbaycan dilində translara dair mövzulara fokuslanan ilk platforma olan Transvisionary təşəbbüsünün həmtəsisçisidir. 

Azərbaycan LGBTİ+lər üçün Avropanın ən pis ölkələrindən biridir. Xüsusilə trans icması zorakılıq və təqiblərə məruz qalır. Buna baxmayaraq, LGBTİ+ icması heç bir halda susmur. 

Mediada LGBTİ+ məsələlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir. 

Mental Sağlamlıq | Nəfəs LGBTİ Sorğu

Nəfəs LGBTİ Azərbaycan Alyansı bu ilin avqust ayından LGBTİ+lərin mental sağlamlıq problemlərini araşdırmaq və məsələni icma ilə birlikdə işləyib geniş kütlələrə ünvanlanmaq üçün uzunmüddətli layihəyə artıq start verib və keçən aylarda üç fərqli kamp təşkil edib. 

Proqramın ardı olaraq, Nəfəs LGBTİ oktyabr ayının ortasından etibarən dörd konsultasiya görüşü keçirməyi planlayıb. İcma görüşü formatında təşkil olunacaq tədbirlər mövzu üzrə ekspert(lər)in moderasiyasında aparılacaq. Qrup terapiyası mühitində icmanın mental sağlamlıq ilə bağlı problemləri araşdırılacaq və iştirakçıların sualları müzakirəyə açıq cavab tapacaq. 

Görüşlərin iki saat davam etdirilməsi planlaşdırılır və icmaya maksimum əlçatan və faydalı olması üçün bu form vasitəsilə sizdən tədbirlərin gün, saat və mövzularını təyin etməyinizi xahiş edirik. 

Sorğuya buradan keçid edin.

Sumqayıtda Azyaşlı Oğlan Polisdən Təzyiq Görüb

Sumqayıt şəhərində azyaşlı oğlan saç rənginə görə polisdən təzyiq görüb. Bu barədə Minority Azərbaycan xəbər verib.

Rəis deyib: “Mənə bakirə qızlar tap”

Adının anonim qalmasını istəyən 16 yaşlı gənc bildirib ki, hadisə 20 sentyabr saat 11.00 radələrində Sumqayıt şəhərində baş verib. O, saçını göy boya ilə rəngləməsi barədə video paylaşdıqdan sonra polislər onun evinə gəlib və Sumqayıt şəhər Baş Prokurorluğuna aparıb. 

Zərərçəkənin sözlərinə görə, onun yaşı az olduğu üçün o, prokurorluğun uşaq məsələləri ilə məşğul olan bölməsinə gətirilib və orada axşam saat 18.00-19.00 radələrinə qədər saxlanılıb. 

Polis onun telefonunu əlindən alıb və bütün mesajlarını oxuyub, fotolarını nəzərdən keçirib. Zərərçəkən bildirib ki, polis ona bu sözləri deyib: “Bunlar nədir? Sən də “bundansan?” Ölkəmiz sənin kimilərdən ötrü o qədər şəhid verib, heyif onlardan.”

Daha sonra rəis gələrək, zərərçəkənlə görüşüb. O, bildirib ki, rəis ondan 15-16 yaşında bakirəliyi pozulmayan qızlar “təşkil etməsini” istəyib və bunun müqabilində pul da təklif edib. Zərərçəkən razı olmadıqda isə, o, polis tərəfindən döyülüb və nəzarət otağında saxlanılıb.

O, buraxıldıqda isə telefonu geri alıb və bir çox şeylərin – WhatsApp mesajlarının, Instagram proqramının, bir sıra yazışma və fotoların silindiyini görüb.

Zərərçəkən baş verən hadisədən sonra intihar həddinə çatdığını və dostunun sayəsində sağ qaldığını, psixoloji vəziyyətinin ciddi sarsıldığını bildirib. O, məsələ ilə bağlı şikayət edəcəyini qeyd edib. 

LGBTİ+ haqları aktivisti Əli Məlikov bildirib ki, zərərçəkən artıq vəkillə təmin edilib. 

Mediada nifrət cinayəti xəbərlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir. 

Nərimanov parkında trans qadın bıçaqlanıb

Yerli trans icmasının verdiyi məlumata əsasən, sentyabr ayının 17-də Bakının Nərimanov parkında trans qadın 11 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə barəsində Minority Azərbaycan yazıb. LGBTİ+ aktivisti Əli Məlikov qadının meyitinin morqların birində olduğunu, lakin tapılmadığını bildirib.

“Mən bir müddət əvvəl Malakan parkında polis reydi olduğunu və transların tutulduğunu yazmışdım. İndi eşitdim ki, həmin tutulan şəxslərdən biri bu trans qadın olub və polis qadının saçını qırxıbmış,” – deyə Məlikov əlavə edib.

Hadisə ilə bağlı trans qadının qohumları Nərimanov rayon polis bölməsinə müraciət edib. Polisdən onlara qadının öldürülmədiyini, 39 və ya 18-ci polis bölməsinin onu 10 sutka inzibati qaydada həbs etdiyini bildiriblər. Lakin qohumlar həmin polis bölmələrinə axtarış üçün getdikdə isə polislər qadının burada olmadığını deyiblər.

“Qadın sadəcə yoxa çıxıb, nə polis bölməsindədir, nə də morqda,” – Əli Məlikov bildirib. Polis trans qadının öldürülmədiyini iddia edib. Trans qadının rəfiqələri isə anasına 11 bıçaq zərbəsi ilə qətlə yetirildiyini deyiblər. Hazırda qadının harada olmaası ilə bağlı heç bir məlumat əldə edilməyib. 

Qeyd edək ki, qətlə yetirilən trans qadının bir müddət əvvəl TikTok sosial şəbəkəsində videosu yayılıb. Videoda qadının sadəcə metroda gəzdiyi görülüb. “Sadəcə metroda gəzdiyi üçün videosunu TikToka qoymuşdular və yüzminlərlə insanın qarşısında hədəf göstərmişdilər,” – deyə Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib. 

Mediada nifrət cinayəti xəbərlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir. 

Avropa Qürur Yürüşü | Mövqe

Avropa Qürur Yürüşü Balkanlarda – Serbiyanın Belqrad şəhərində baş tutan ilk Avropa Yürüşü idi.

Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev Avropa Yaşılları Partiyasının dəstəyi ilə EuroPride EPOA – Avropa Qürur Yürüşündə iştirak edib və yürüşün necə keçdiyi barədə fikirlərini Nəfəs LGBTİ ilə bölüşüb.

Qürur Yürüşü müxtəlif qurumlardan gələn bir çox maneələrin şahidi olub: əvvəlcə Serbiyanın prezidenti tədbiri ləğv edib, sonra qismən açıq lezbiyan Baş nazir Avropa Qürur Yürüşünü açıq şəkildə dəstəkləyə bilməyib, daha sonra polis, yəni DİN tədbiri qadağan edib. Ən son anda Baş nazir Qürur Yürüşündə iştirak edəcək şəxslərin təhlükəsizliyini təmin ediləcəyinə, güman edilən təhlükəsizlik məsələləri səbəbiylə marşrut dəyişdirilməsi qarşılığında yürüşün baş tutacağına əminlik verib. 

Pan-Avropa Qürur tədbiri “Beynəlxalq İnsan Haqları Konfransı” zamanı “Aİ sevgi üçün” qeyd edilən stendi ilə Aİ tərəfindən dəstəklənib. Bununla belə, mən inanıram ki, Avropa Birliyi “SEVGİ”ni dəstəkləmək əvəzinə, seçilmiş nümayəndələr, hökumət rəsmiləri, polis və ifrat sağçı etno-millətçi dini qruplar tərəfindən AVROPAda, Avropa Birliyinə namizəd dövlətdə açıq şəkildə pozulan sərbəst toplaşmaq azadlığı, demokratiya və ümumilikdə insan hüquqlarının müdafiəsinə qalxa bilərdi.

Mənim üçün bu, bir daha “LGBTİ+lər və LGBTİ+ insan haqlarından geosiyasi oyunlar üçün alət kimi istifadə etmək” olub və 17 sentyabrda Belqradda yürüşdə iştirak edən cəsarətli LGBTİ+lər özlərini növbəti dəfə pro-Avropa liberal demokratiyaları və etno-millətçi, mühafizəkar, “Avropa ənənəvi xristian dəyərləri” tərəfdarları arasındakı savaşda tapdı. Bu geosiyasi qarşıdurmanın bədəlini ilk olaraq Balkanlarda, eləcə də Cənubi Qafqazda LGBTİ+lər ödəyirlər. “Avropa Qürur Yürüşünü ləğv etmək və qadağan etmək” hazırkı prezident Vuçiçə yürüş edən cəsarətli etirazçılardan daha çox güc verdi. Vuçiç Avropa Qürur Yürüşünün qalibidir, çünki elə görünürdü ki, o, “özəl əyləncənin həyata keçirilməsinə” icazə verib və bütün xalqı ölkə xaricindən idxal olunan “əxlaqsızlıqdan” qoruyub. O, Serbiyada kuirfobik, ifrat sağçı hərəkatların çiçəklənməsinə imkan verən “struktural bərabərsizliklər və sosial, siyasi və iqtisadi münaqişələrdən” yayınmağın qalibidir.

Sonda demək istərdim ki, nə qədər qorxulu olsa da, nə qədər təhlükəli olsa da, Belqradda yürüş edən 10 mindən çox LGBTİ+ və müttəfiqlərimiz ilə fəxr edirəm!

LGBTİ+lərin və LGBTİ+ insan hüquqlarının geosiyasiləşdirilməsinin faktiki mübarizəni, sosial, siyasi və iqtisadi münaqişələri xalça altına süpürdüyünü xatırlamaq çox vacibdir.

Döyüşlərdə qalib gəlmək üçün radikal həmrəyliyə ehtiyacımız var!

Qadınlar, Həyat, Azadlıq!

Qadınlar, Həyat, Azadlıq – ژن, ژیان, ئازادی!

Son iki gündür ki, İranda insanlar Məhsa Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölümünə etiraz olaraq molla rejiminə qarşı üsyandadır. 

İranın şimalındakı Sari şəhərində qadınlar rəqs edib və hicablarını yandırıb. Rejim əleyhinə etirazlar hazırda şimaldan cənuba, şərqdən qərbə onlarla şəhərə yayılıb.

Məhsa Əmininin ölümü İranın Corc Floydun anıdır!

Qeyd edək ki, bir neçə həftə əvvəl iranlı LGBTİ+ aktivisti Sare kimi tanınan Zəhra Sediqi Həmədani Urmiyada yerləşən İran İnqilab Məhkəməsi tərəfindən homoseksuallığı təbliğ etmək ittihamı ilə edam cəzasına məhkum edilib.

İranın şimalındakı Sari şəhərində qadınlar rəqs edib və hicablarını yandırıb

Mediada Bi+ məsələlərinin işıqlandırılması

Bu gündən etibarən başlayan, #BiWeek kimi də tanınan Biseksual Fərqindəlik Həftəsi və ya Bi+ Fərqindəlik Həftəsi 20-26 sentyabr tarixlərində keçirilir. 

“Biseksuallar onların qətiyyətsiz və ya monoqamiya bacarmadıqlarına dair yanlış təsəvvürlərlə – heterolar, geylər və lezbiyanlar arasında mövcud olan stereotiplərlə əlləşmək istəmədikləri üçün kaminq-aut etməkdən çəkinirlər,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bildirib. “Çoxsaylı tədqiqatlar göstərir ki, biseksuallar gey, lezbiyan və ya heterolardan daha çox alkoqollu içki içir, özünə zərər verir və intihar düşüncələri ilə yaşayırlar – bu, yüksək səviyyədə olan azlıq stressinin göstəricisidir,” – o əlavə edib.

Media biseksualların üzləşdiyi reallıqları və icmanın müxtəlifliyini daha çox başa düşmək və biseksuallar haqqında ədalətli və dəqiq məlumat verməklə, biseksualların gündəlik qarşılaşdıqları bəzi yanlış təsəvvürləri və zərərli stereotipləri aradan qaldırmağa kömək edə bilər.

Biseksual, Bi, Bi+

Fiziki, romantik və/və ya emosional olaraq birdən çox genderdən olan insanlara cəlb edilmə potensialına malik olan bir şəxsi təsvir etmək üçün istifadə edilir. Bu hisslər mütləq şəkildə eyni zamanda, eyni formada və ya eyni dərəcədə olmaya bilər.

Biseksualdakı bi öz genderi ilə eyni və fərqli genderlərə istinad edilir. Biseksuallığın kişi və qadınlara cəlb olunmaq kimi yazmayın və ya bu barədə eyham vurmayın. Bu, sözün dəqiq tərifi deyil. Biseksual sözünü yazarkən defis istifadə etməyin.

İnsanlar həyatları boyu bu cazibəni müxtəlif yollarla və dərəcələrdə yaşaya bilərlər. 

Biseksualların biseksual olması və ya özlərini biseksual adlandırması üçün xüsusi seksual təcrübəyə malik olmalarına ehtiyac yoxdur. Bəzi insanlar icmanı təsvir etmək üçün biseksual və bi sözlərindən istifadə edirlər. Digərləri özlərini biseksual, panseksual, axışqan, kuir adlandıranları əhatə etmək üçün nəzərdə tutulmuş bi+ və birdən çox genderə cəlb olunma potensialına malik insanları təsvir edən digər sözlərdən istifadə edə bilər. Öz kimliklərini sorğulayan insanlarda olduğu kimi, insanlar eyni genderdən və digər genderlərdən olan insanlara cəlb edilib-edilmədiklərini axtarırlarsa, bimaraqlı olduqlarını söyləyə bilərlər.

İnsanları dəqiq müəyyənləşdirin. 

Əgər kimsə biseksual, bi və ya bi+ olduğunu açıq-aydın bildirirsə, onun əvəzinə onları gey, lezbiyan və ya hetero kimi qeyd etməyin. Sadəcə olaraq eyni genderdən və ya fərqli genderdən olan biri ilə münasibətdə olmaq insanın biseksual oriyentasiyasını inkar etmir. Biseksualların biseksual olması üçün xüsusi seksual və ya romantik təcrübələrə malik olmaları vacib deyil. 

Cütlükləri dəqiq müəyyənləşdirin.

Münasibətdə olan iki insan haqqında yazarkən, onların gey, lezbiyan və ya hetero cütlük olduğunu güman etməyin. Eynicinsli münasibətdə olan biseksual gey və ya lezbiyan deyil. Fərqli genderdən olan biri ilə münasibətdə olan biseksual hetero deyil. Cütlüklərdən necə qeyd olunmaq istədiklərini soruşun.

Biseksuallığın bir mərhələ və ya yalan olduğunu söyləməkdən çəkinin.

Biseksual olmağın bir mərhələ olduğunu və biseksualların gey və ya lezbiyan olmağa doğru bir “yolda olduqlarını” ifadə etməyin. Biseksuallar çaş-baş və qərarsız deyillər, yalan danışmırlar. Biseksuallıq eksperimental və ya keçid mərhələsi deyil, bariz bir seksual oriyentasiyadır.

Biseksuallığı nizamsız seksual əlaqələrlə əlaqələndirən stereotiplərdən çəkinin. 

Ümumi və qeyri-dəqiq stereotip ondan ibarətdir ki, bütün biseksuallar monoqam olmaq istəmirlər və ya ola bilməzlər. Bu, sadəcə olaraq, doğru deyil. Biseksuallar hetero, gey və lezbiyanlar kimi sadiq monoqam münasibətlər qurmağa qadirdirlər. Biseksualların başqalarına nisbətən daha çox “nizamsız seksual əlaqələrdə” olduqlarını ifadə etmək qeyri-dəqiq və zərərlidir. Bütün seksual oriyentasiyadan olan insanlar həyatlarının bir hissəsi və ya bütünü üçün monoqam ola bilər və ya fərqli münasibətlər – poliqam, poliamor və s. seçə bilərlər. Bu qərar insanın seksual oriyentasiyasından tamamilə asılı deyil.

Eşidə biləcəyiniz digər terminlər: İstənilən genderdən olan insanlara cəlb olunmaq qabiliyyətinə malik olan bəzi insanlar özlərini bi+ icmasının bir hissəsi hesab edə və/yaxud seksual kimliklərini təsvir etmək üçün başqa sözlər seçə bilərlər, məsələn: panseksual, poliseksual, omniseksual, axışqan, kuir və s. Bəzi insanlar bütün etiketlərdən uzaq durmağı üstün tuturlar. İnsanlardan özlərini necə təsvir etdiklərini soruşun.

Bakı Bulvarında Trans Qadına Hücum olub

Sentyabr ayının 7-də səhər saatlarında bulvarda trans qadın Emili Hacızadəyə hücum olub. LGBTİ+ aktivisti Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib ki, hücum edənlər bulvar mühafizəçiləri olublar.

Emilinin köynəyini çıxardıb fəvvarə kənarında oturmasını mühafizəçilərdən biri icazəsiz şəkildə videoya alıb. Emili ondan videonu silməsini tələb edib və 102-ə zəng edəcəyini bildirib. Mühafizəçi isə “S*kimə ki! Çağır, kimi istəyirsən, çağır!” – deyə cavab verib.

“Daha əvvəl də hücum etmişdilər və Emili ilə birlikdə 9-cu polis bölməsində şikayət ərizəsi yazmışdıq,” – deyə Məlikov əlavə edib. “Bu dəfə bulvarda baş verən hücuma görə Emilini 39-cu polis bölməsinə çağırdılar, tək getməsin deyə evə gəlməsini istədim.”

Qeyd edək ki, Emili Hacızadə LGBTİ+ aktivisti Əli Məlikovla birlikdə avqustun 20-də naməlum şəxslər tərəfindən hücuma məruz qalıblar. 

Emili ailəsi tərəfindən də zorakılığa məruz qalıb. Əli Məlikovun sözlərinə görə, ailəsi onu ölümlə hədələyib.

[Bakıda LGBTİ+ Aktivisti və Trans Qadına Hücum olub]

Mediada nifrət cinayəti xəbərlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir.