Search
Close this search box.

Mediada LGBTİ+ və Əlillik Məsələlərinin İşıqlandırılması

LGBTİ+ və əlillik haqqında olan bu bölmə Nəfəs LGBTİ Azərbaycan Alyansı və Sosial Xidmətlər Mərkəzinin təsəsçisi, sosial işçi Sənubər Heydərova arasında əməkdaşlıq çərçivəsində hazırlanmışdır. 

Mediada xəbərlərin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə neqativ siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

əlillik

Böyük kəsişmə

LGBTİ+ və əlillər icmaları əhəmiyyətli şəkildə kəsişir. ABŞ-da 2012-ci ildə nəşr olunan araşdırmaya görə, LGBTİ+ icmasında qadınların 36%-i və icmadakı kişilərin 30%-i əlilliklərinin olduğunu qeyd edib. Azərbaycanda bununla bağlı, təəssüf ki, hər hansı bir araşdırma aparılmamışdır. 

ABŞ-da Kaliforniya Sağlamlıq Sorğusu vasitəsilə UCLA tərəfindən aparılan əlavə araşdırmalar göstərir ki, “fiziki, əqli və ya emosional vəziyyətə görə, transların əlillikləri olduğunu bildirmək ehtimalı daha yüksəkdir”. LGBTİ+ statusu hər bir demoqrafiya – gender, yaş, etnik kimlik, seksual oriyentasiya və digərlərində kəsişdiyi kimi, əlillik də kəsişir.

Ümumi təcrübələr

LGBTİ+lər və disleksiya, psixi sağlamlıq vəziyyəti və ya DƏHP (ADHD) kimi öyrənmə əlilliyi də daxil olmaqla, görünməyən əlilliyi olan şəxslər “dolabdan çıxmağın” təhlükəsiz olub-olmamasına qərar verməlidirlər. Bu kimliklər kəsişdikdə, mürəkkəbləşən vəziyyət yeni təzyiq səbəbi yaradır.

Əlilliyi olan şəxslər işə götürülmə prosesində ayrı-seçkilikdən qorxduqları və qərəzli münasibətlə üzləşdikləri kimi, çox sayda LGBTİ+ də iş yerində ayrı-seçkilik və ya qərəzli münasibətlə üzləşirlər.

Dil istifadəsi

İnsanları təsvir edərkən, həmişə olduğu kimi, onlardan necə təsvir olunmaq istədiklərini soruşun.

“Məhdudiyyətli”, “fiziki qüsurlu”, “xüsusi”, “xüsusi ehtiyaclı” və “fərqli qabiliyyətli” kimi himayədarlıq sərgiləyən terminlərdən çəkinin. Əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə qorunur. 

LGBTİ+ və əlillik haqqında yazarkən “əlil arabasında” və “əzab çəkir” kimi passiv, problemli terminlərdən çəkinin. Əlillər “qurban” deyillər. Eləcə də, əlilliyi olan şəxsləri sırf əlilliyi olduğuna görə “ilhamverici”, “cəsur” və ya “cəsarətli” adlandırmaq olmaz. Əlil şəxslərin yalnız və ya qismən əlilliklərinə əsaslanaraq ilhamverici kimi təsvir olunduğu “ilhamvericilik pornoqrafiyasından” çəkinin. Bundan əlavə, psixi əlilliyi olan insanları təsvir edərkən “dəli” kimi stiqmatizasiya edən sözlərdən çəkinin. 

Əlilliyi olmayanı “normal” adlandırmaq əlillərin “anormal” olmasını nəzərdə tutur. Bunun əvəzinə, tipik və ya əlilliyi olmayan ifadələrindən istifadə edin.

QAÇINILMALI STEREOTİPLƏR

Əlilliyi olan LGBTİ+lər haqqında məlumat verərkən zərərli stereotiplərdən çəkinin:

  • İnsanların əlilliyinin xüsusiyyətlərinə diqqət çəkməyin.
  • Kimisə yalnız əlilliyi ilə və ya əlilliyinin “qurbanı” olaraq təyin etməyin.
  • Əlilliyi olan insanların rasional qərarlar qəbul etmək iqtidarında olmadığını və ya bu tipli qərarlar verməyə layiq olmadığını ifadə etməyin.
  • Əlilliyin insanların öhdəsindən gəlməli olduğu bir xüsusiyyət olması fikrini gücləndirməyin.
  • Əlilliyi olan şəxslərə qayğı göstərilməli və ya “müalicə edilməli” fikri ilə xəbər hazırlamayın. Bunun əvəzinə, əlilliyi olan şəxslər üçün əlçatımlılığı təmin etmək məqsədilə cəmiyyətdə nəyin dəyişdirilməli olması haqqında əhatəli material hazıryalın. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

BƏLƏDÇİ #1

Bələdçi #1 Nəfəs LGBTİ Azərbaycan Alyansı tərəfindən LGBTİQ+lərin mental sağlamlıq ilə bağlı ümumi məlumatlılığının və fərdi bacarıqlarının artırılmasına töhfə vermək məqsədi ilə hazırlanmışdır. Bu bələdçi …

Read More →
Podkast

İsa Şahmarlı #Xatirələr

Azərbaycanda LGBTİ+fobiya ilə mübarizə həftəsi çərçivəsində hazırladığımız və İsa Şahmarlıya ithaf etdiyimiz ilk podkastı təqdim edirik.  İsa Şahmarlı kimdir və icmamız üçün nələr edib? Bu …

Read More →
Xəbərlər

BMT-ə üzv ölkələr LGBTİ+ların hüquq və azadlıqlarını qoruması üçün Azərbaycana çağırış edib

14 noyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair 4-cü dövr qiymətləndirilməsi baş tutub. …

Read More →