Mediada İnterseks Məsələlərinin İşıqlandırılması

Qeyd edək ki, interseks cinsi orqanlar, daxili reproduktiv orqanlar və xromosomlar da daxil olmaqla bir və ya daha çox anadangəlmə cinsi xüsusiyyətlərə malik olan, kişi və ya qadın bədənlərinin ənənəvi konsepsiyalarından kənarda qalan insanlardır. İnterseks variasiyasiyasına bəzən “Cinsi İnkişaf Fərqləri” də deyilir.

Mediada xəbərlərin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İntersekslər bəzi insanların düşündüyü qədər nadir deyil.

Əslində, intersekslər sayının əhalinin 1,7%-i qədərini təşkil etdiyi təxmin edilir. (Dr. Anne Fausto-Sterlinq, Bədənin Cinsləşdirmə: Gender Siyasəti və Seksuallığın Konstruksiyası, 2000) Bu, qırmızı saç və ya yaşıl gözlər qədər yaygındır və eyni yumurta daha çox yayılma deməkdir. İnterseks xüsusiyyətləri olan insanlar həmişə mövcud olub, lakin indi insan bədəninin müxtəlifliyi haqqında daha çox məlumat var. İnterseks bədənli insanlar, fərqli olaraq görülən hər kəs kimi körpələr, yeniyetmələr və böyüklər kimi işdə, təhsildə və səhiyyə müəssisələrində stiqma və ayrı-seçkiliklə üzləşə bilərlər.

mediada interseks

Hamımız xəbər başlıqlarını görmüşük – Qadın idmançı sınaqdan keçirilir və onun XY xromosomlarına və ya qeyri-adi dərəcədə yüksək testosteron səviyyəsinə malik olduğu aşkar edilir.

İnterseks xüsusiyyətə sahib olmaq ilə trans olmağı qarışdırmayın.

İntersekslərə doğuş zamanı gender təyin olunur – istər kişi, istərsə də qadın – və tibb işçiləri və valideynlərin bu qərarı uşağın gender kimliyinə uyğun gəlməyə bilər. Əgər interseks biri doğulduğu zaman təyin olunduğu genderdən fərqli gender kimliyi ilə özünü təyin edirsə, o, özünü trans kimi də xarakterizə edə bilər. Bununla belə, bütün intersekslər trans deyil. İntersekslərin çoxu doğulduqları zaman tərin olunan genderə uyğun gələn gender kimliyinə sahib olurlar. Odur ki, üst-üstə düşərsə də, interseks xüsusiyyəti ilə trans olmağı qarışdırmayın. Və interseks olmayanlar kimi intersekslər də hər hansı seksual oriyentasiyada ola bilərlər.

İnterseks icmasında ən aktual narahatlıq doğuran fakt ondan ibarətdir ki, bir çox interseks uşaqlar onların razılığı olmadan geri dönüşü olmayan lazımsız cərrahiyyə və müalicəyə məruz qalırlar. Tibb müəssisələri uzun illərdir ki, atipik cinsi xüsusiyyətlərlə doğulan körpələrə “düzəldilməli” bədən quruluşu kimi baxır. Bəzi interseks körpələr və daha yaşlı uşaqlar bədənlərini kişi və ya qadın olmağın ənənəvi anlayışlarına uyğunlaşdırmaqdan başqa heç bir səbəb olmadan geniş, iradələrindən kənar cərrahi əməliyyatlara məruz qalıblar. Bu cərrahiyyə əməliyyatlarının böyük əksəriyyəti kiçik uşaqlarda aparılması tibbi cəhətdən zəruri deyil və bunun əvəzinə əməliyyatın onlar üçün uyğun olub-olmadığına qərar verənə qədər təxirə salınması lazımdır. 

Bəzi hallarda, intersekslər uşaqlıqda keçdikləri tibbi prosedurlar haqqında heç bir məlumat almadan böyüyürlər. Artan dəlillər məlumatlı razılıq olmadan həyata keçirilən bu əməliyyatların fiziki ağrılar, cinsiyyət orqanlarının həssaslığının itirilməsi, çapıqlar və hətta sterilizasiya, həmçinin əhəmiyyətli psixoloji nəticələr və şəxsin gender kimliyinə uyğun gəlməyən cərrahi prosedur tərəfindən təyin edilmiş genderin risk ehtiva edə biləcəyi zərərləri göstərir. 

Cəmiyyətin əksəriyyəti bioloji cinsiyyətin “kişi” və ya “qadın” olduğunu düşünür, lakin əslində, məsələ daha mürəkkəbdir. Bu anlaşılmazlıq interseksləri tək hiss edir və lazımsız yerə utandırır.  İntersekslər və onların ailələri tam məlumat əldə etmək və psixoloji sağlamlıq dəstəyinə ehtiyac duyurlar. 

İntersekslər öz bədənləri ilə bağlı qərar qəbul edərkən muxtariyyətə sahib olmalıdırlar. Həkimlər valideynlərə uşağın razılığı olmadan övladlarının bədənləri ilə bağlı dönməz qərarlar qəbul etmələri üçün təzyiq etmək əvəzinə, valideynlər və tibb mütəxəssisləri intersekslər istədikləri tibbi prosedurlar barədə özlərinin tam məlumatlı qərarlarını vermək üçün kifayət qədər yaşlı olana qədər gözləməlidirlər.

İnterseks icmasını əhatə edən xəbərlərin hazırlanması əsasları:

Bir çox insan interseks olmağın nə demək olduğunu bilmədiyi üçün, bunun nə demək olduğunu dəqiq və geniş şəkildə təsvir etmək vacibdir.

Bir insanın interseks olması faktını necə təsvir etmək olar:

Lamiyə interseksdir..

İntersekslər…

İnterseks vətəndaşlar..

İnterseks körpələr və gənclər..

Dəqiq terminologiya əsasdır. İntersekslərin mediada işıqlandırılmasını köhnəlmiş və zəhərləyici dilə etibar etmək əvəzinə, dəqiq dildən istifadə edilməsi çox vacibdir.

“İnterseks xüsusiyyətləri”, “interseks variyasiyaları” və ya “interseks bədənlər” kimi təsvir etmək daha məqsədəuyğundur. 

Çəkinilməli ifadələr:

“Cinsi inkişafın pozğunluqları.”

“Hermafrodit.”

Fərziyyələr irəli sürməyin.

Genital orqanlara və ya bədənlərə fokuslanmaqdan çəkinin.

İnterseks məsələləri haqqında reportaj hazırlayarkən aşağıdakılarla danışmağa üstünlük verin:

– Razılıqları olmadan, geri dönüşü olmayan və lazımsız əməliyyatlara məruz qalmış interseks yetkinlər

– Lazımsız əməliyyatdan xilas olmuş interseks yetkinlər

– İnterseks uşaqlarına dəstək olan valideynlər

– İnterseks təşkilatları (təəssüf ki, Azərbaycanda intersekslərin problemlərinə və üzləşdikləri çətinliklərə fokuslanan təşkilat yoxdur)

– İnsan haqları və LGBTİ+ icması ilə işləyən təşkilatlar (Nəfəs LGBTİ Azərbaycan Alyansı, Queer Radar, Minority Azərbaycan, Gender Resurs Mərkəzi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

BƏLƏDÇİ #1

Bələdçi #1 Nəfəs LGBTİ Azərbaycan Alyansı tərəfindən LGBTİQ+lərin mental sağlamlıq ilə bağlı ümumi məlumatlılığının və fərdi bacarıqlarının artırılmasına töhfə vermək məqsədi ilə hazırlanmışdır. Bu bələdçi …

Read More →
Podkast

İsa Şahmarlı #Xatirələr

Azərbaycanda LGBTİ+fobiya ilə mübarizə həftəsi çərçivəsində hazırladığımız və İsa Şahmarlıya ithaf etdiyimiz ilk podkastı təqdim edirik.  İsa Şahmarlı kimdir və icmamız üçün nələr edib? Bu …

Read More →
Xəbərlər

BMT-ə üzv ölkələr LGBTİ+ların hüquq və azadlıqlarını qoruması üçün Azərbaycana çağırış edib

14 noyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair 4-cü dövr qiymətləndirilməsi baş tutub. …

Read More →