Search
Close this search box.

İllik Hesabat 2020 | Nəfəs LGBTİ

Nəfəs LGBTİ Azərbaycan Alyansının 2020-ci ilin yanvar-dekabr ayları arasında Azərbaycanda baş verən hadisələri əhatə edən, Azərbaycanda LGBTİ+ hüquqlarının pozulması ilə bağlı illik hesabatı.

İllik Hesabat Nəfəs LGBTİ Azərbaycan Alyansının keçən təqvim ili ərzində Azərbaycanda LGBTİ+ hüquqlarının vəziyyətini sənədləşdirən və monitorinq edən illik nəşridir. Bu, LGBTİ+ bərabərliyi və insan hüquqları ilə bağlı tendensiyaları izləyən unikal hesabatdır və RFSL təşkilatının dəstəyi ilə hazırlanıb.

Artivizm

Nəfəs LGBTİ Azərbaycan Alyansı Kuir-Feminist seriyasının ikinci podkast yazısı “Artivizm”-i qürurla təqdim edir! Bu dəfə podkast yazımızda qonaqlarımız Nigar və Turana “Artivizm ümumillikdə nədir? Bir-birlərinə çox bənzəyən Artivizm və Aktivizm sözləri arasındakı fərqi nə əmələ gətirir? Nəyə görə sadəcə incəsənət yox məhz artvizm?” suallarına cavab verib və eləcə də kuir-artivizmindən və bir çox mövzu ilə bağlı maraqlı nüanslardan bəhs edib.

https://soundcloud.com/nafas-lgbti/artivizm

Feminizm 101

Nəfəs LGBTİ Azərbaycan Alyansı Kuir-Feminist podkastlar seriyasını qürurla təqdim edir! Seriyamızın ilk mövzusu “Feminizm 101” – dir və bu podkastda qonaqlarımız Nigar və Turana ölkəmizdə və dünyadaki feminist hərəkatlarından, feminizmin tarixindən və dalğalarından, “TERF” – lərdən və feminizmin ideoloji təsnifləndirilməsindən danışır!

https://soundcloud.com/nafas-lgbti/feminizm-101