15 yaşlı yeniyetmə ailəsi tərəfindən təzyiqlərə məruz qalır
Bakıda 15 yaşlı yeniyetmə ailəsi tərəfindən təzyiqlərə məruz qalaraq ev dustağı edilib.
Adının qeyd olunmasını istəməyən yeniyetmə bir həftə əvvəl ailəsinin onu ev dustağı etməsi səbəbilə evdən qaçdığını bildirib. Növbəti gün ona dəstək olan dostu ilə görüşüb, lakin çox keçmədən dostu polis bölməsinə aparılıb. Polis bölməsində zorakılıqla qarşılaşan dostunun zərər görməməsi üçün yeniyetmə polisə gedib.
Polis bölməsində yeniyetmə ailəsinin onu ev dustağı etdiyini və xalası oğlunun ona təcavüz etdiyini bildirib. Əgər təcavüz halı varsa və əgər ailəsinin yanında qayıtmaq istəmirsə, polis onu sığınacağa göndəriləcəyini söyləyib.
Yeniyetmənin bildirdiyinə görə, atası polisə pul verərək məsələnin üstünü örtüb. Təcavüz edən zorakı xalası oğlu məsuliyyətə cəlb olunmayıb. Sığınacağa yerləşdirilməli olan yeniyetmə isə ailəsi ilə yaşamağa məcbur edilib.
“Hazırda yeniyetmə ailəsi tərəfindən təzyiq altındadır və onun psixoloji yardıma ehtiyacı var,” – deyə LGBTİ+ hüquqları aktivisti Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib.