10 Oktyabr Dünya Mental Sağlamlıq Günü
10 oktyabr Dünya Mental Sağlamlıq Günüdür. Bu gün tez-tez palaz altına süpürülən mental sağlamlıq problemləri ilə bağlı maarifləndirmə və sosial stiqmanı qırmaq üçün bir gündür.
Bu kontekstdə heç də təəccüblü deyil ki, mental sağlamlıq problemləri bütün dünyada LGBTİ+ləri narahat edən vəbaya çevrilib, ayrı-seçkilikçi münasibət isə təsdiqləyici qayğıya çıxışın olmamasına gətirib çıxarıb.
“Biz bu Dünya Mental Sağlamlıq Günündə LGBTİ+ icmasına diqqət yetirməliyik. Dünya Mental Sağlamlıq Günü dünyada ən çox ayrı-seçkiliyə məruz qalan, nifrət edilən və təqib edilən insanlar arasında yer qalan LGBTİ+lər üçün çox aktualdır. Azərbaycanda mental sağlamlıq mütəxəssislərinə çıxış əldə etmək lüks sayılır, LGBTİ+lərə qarşı qərəzli münasibət isə vəziyyəti bizim üçün daha da çətinləşdirir,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bildirib.
70-dən çox ölkədə qanunlar yetkin insanlar arasında eynicinsli münasibətləri cinayət hesab edir və bu da LGBTİ+lərin səhiyyə xidmətlərinə çıxışını alt-üst edir. LGBTİ+ sağlamlığı lezbiyan, gey, biseksual, trans, kuir və intersekslərin fiziki, əqli və emosional rifahı deməkdir – Azərbaycanın da üzvü olduğu BMT öz LGBTİ+lərin sağlamlığının və rifahının yaxşılaşdırılması haqqında çağırışında qeyd edib.
Fərdlər seksual oriyentasiya və gender kimliyinə və gender özünüifadəsinə əsaslanan sağlamlıq standartından istifadə etmək üçün ümumi və unikal maneələrlə üzləşirlər. LGBTİ+lərin stiqma və ayrı-seçkiliyə görə səhiyyə xidmətlərindən istifadə etmək və tibb işçiləri ilə əlaqə qurmaq ehtimalı azdır və mənfi fiziki və mental sağlamlıq nəticələrinin qeyri-mütənasib yükünü daşıyırlar.
“İcma olaraq, biz zorakılıq, işgəncə, kriminallaşma, məcburi tibbi prosedurlar və ayrı-seçkilik daxil olmaqla, insan hüquqlarının pozulması ilə daha çox qarşılaşırıq. Bundan əlavə, biz səhiyyə müəssisələrində xidmətdən imtina, ayrı-seçkilik münasibəti və qeyri-münasib patologiyalarla üzləşirik. Bu səbəbdən də, Dünya Mental Sağlamlıq Günündə biz təkcə mental sağlamlıq problemləri ilə bağlı stiqmanı qırmaq üçün çalışmamalıyıq, həm də LGBT+lərin səslərinin yüksəldilməsini təmin etməliyik,” – Vahid Əliyev əlavə edib.
Mental sağlamlıq siyasidir! Bu gün Dünya Mental Sağlamlıq Günündə sizə Nəfəs LGBTİ Azərbaycan Alyasının hazırladığı “Özünə-qayğı siyasidir” yazısına nəzər yetirməyinizi tövsiyə edir və fiziki və mental sağlamlığınızın güclü olmasını diləyirik!